dcsimg

Adi ardıc ( azeri )

tarjonnut wikipedia AZ

Adi ardıc - elmi adı Juniperus communis olan Avropanın şimal zonalarında təbii halda yayılmış bitki.

Hündürlüyü adətən 5-10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1-0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6-0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10-15 sm-dir. 200 ilə qədər yaşayır. Toxumverməsi 10 yaşından başlayır, toxumları çiçəkləmədən sonra ikinci il sentyabrda yetişir. Bir ildən sonra cücərti verən toxumlarla fevralda və iyunda qələmlərlə çoxaldılır. Havanın quraqlığını və yüksək tempraturu, budanmanı yaxçı keçirir. Köllgəyə, qışadavamlıdır. Şəhər şəraitində yaxşı keçirir. Torpaqqoruyucu cins kimi böyük əhəmiyyətə malikdir. Oduncağı ağır, möhkəm və ətirlidir.

Dekorativ bitkidir. Yaşıllaşdırmada aşağıdaki altnövlər istifadə olunur:

  • J. communis var. montana,
  • J. communis var. nana Syme,
  • J. communis var. Prostrata Beissn,
  • J. communis var. Suecica Beissn.,
  • J. communis var «Obergarthen» Bruns ,
  • J. communis var. «Depressa aurea»,
  • J.communis var. «Compressa»
  • J.communis var. Cracovica
  • J.communis var. Columnaris

Mərdəkan Dendrarisində əkilmişdir. Azərbaycan da Bakı şəhərinin yaşıllıqlarında təsadüf edilir.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

  • Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
  • Деревья и кустарники СССР. том 3; 1954
  • Флора Азербайджана. том 5; 1954
  • Azərbaycanın ağac və kolları. III cild. 1970
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Adi ardıc: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Adi ardıc - elmi adı Juniperus communis olan Avropanın şimal zonalarında təbii halda yayılmış bitki.

Hündürlüyü adətən 5-10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1-0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6-0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10-15 sm-dir. 200 ilə qədər yaşayır. Toxumverməsi 10 yaşından başlayır, toxumları çiçəkləmədən sonra ikinci il sentyabrda yetişir. Bir ildən sonra cücərti verən toxumlarla fevralda və iyunda qələmlərlə çoxaldılır. Havanın quraqlığını və yüksək tempraturu, budanmanı yaxçı keçirir. Köllgəyə, qışadavamlıdır. Şəhər şəraitində yaxşı keçirir. Torpaqqoruyucu cins kimi böyük əhəmiyyətə malikdir. Oduncağı ağır, möhkəm və ətirlidir.

Dekorativ bitkidir. Yaşıllaşdırmada aşağıdaki altnövlər istifadə olunur:

J. communis var. montana, J. communis var. nana Syme, J. communis var. Prostrata Beissn, J. communis var. Suecica Beissn., J. communis var «Obergarthen» Bruns , J. communis var. «Depressa aurea», J.communis var. «Compressa» J.communis var. Cracovica J.communis var. Columnaris