dcsimg

Kərgədanlar ( Azerbaijani )

provided by wikipedia AZ

Kərgədanlar (lat. Rhinocerotidae) — Təkdırnaqlılar dəstəsinə aid məməli heyvan fəsiləsi. Fəsiləyə AfrikaAsiyada yayılmış 5 növ daxildir.

Bədəninin uzunluğu 2,5—4 m, süysününün hündürlüyü 1—2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1—2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40—45 km sürətlə qaçır. Cənub-Şərqi AsiyadaAfrikada yayılmışdır. Tropik meşə, savannabataqlıqlarda, əsasən cüt, bəzən də kiçik qrup halında yaşayır. Noyabr—dekabrda cütləşir. Boğazlıq dövrü 17—18 aydır. Əti yeməlidir. Mühafizə olunur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ