dcsimg

Fısıldayan qu quşu ( Azerbaijani )

provided by wikipedia AZ

Fısıldayan qu quşu (lat. Cygnus olor) — qu quşu cinsinə aid heyvan növü.

  • Status: Nadir, qışlayan və köçəri növdür.
  • Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı.
  • Yaşayış yeri: Göllərin açıq sahələri, dəniz sahilləri.
  • Təbiətdə sayı: 1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.
  • Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır. Yumurtanı aprelin sonu – mayın əvvəllərində qoyur, balalar 4-aylıqda uçuşa hazır olurlar.
  • Sayının dəyişilmə səbəbləri: Münasib yaşayış yerlərinin azalması.
  • Qorunması üçün zəruri tədbirlər: Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək.

Qalereya

Statusu

Nadirdir.

Kateqoriyası

Təhlükəli həddə yaxındır (NT). Son 20 ildə sayında artım müşahidə olunur. Lakin mənfi antropogen təsirlərdən təhlükəli (VU) vəziyyətə düşə bilər.

Qısa təsviri

Rəngi ağdır. Dimdiküstlüyü, dimdikaltlığının dibi və kənarları qara, qalan yerləri narıncıdır. Kiçik və harayçı qulələkdən dimdiyinin narıncı rəngi və onun dib hissəsində qara şişin olması ilə fərqlənir, həm də üzmə vaxtı boynunu "S" hərfi formasında, başını isə maili saxlayır.

Yayılması

AvropadaAsiyada yayılıb [1]. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Kür-Araz, Lənkəran, Samur-Şabran ovalıqları və Abşeron yarımadasının su hövzələrində rast gəlinir. Kələdəhnə, Cil, Mrdov, Qarasu, Şilyan, Sor-Sor və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri kəskin azalıb.

Yaşayış yeri və həyat tərzi

Dənizin sahil suları, körfəzlər, göllər və axmazlar əsas yaşayış yerləridir [1][2][3]. Gündüz fəal olur. Qışlamağa gələn və miqrasiya dövründə olan populyasiyaları vardır. Noyabrda gəlir, fevralın 2-ci yarısında köçüb gedir. Qidasını xırda onurğasız heyvanlar, su bitkilərinin vegetativ hissələri, xara və sapvarı yosunlar təşkil edir [3][4].

Məhdudlaşdırıcı amillər

1992-ci ilə qədər əsas biotoplarının zəhərli kimyəvi preparatlarla, neft və neft məhsulları ilə çirkləndirilməsi, su hövzələrinin qurudulması.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilib. Azərbaycanın "Qırmızı Kitab"ına, Bern, Bonn, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Abşeron yarımadasında daxili su hövzələrinin, Xəzərin neft və neft məhsullarından təmizlənməsi, Kür-Araz, Lənkəran və Samur-Şabran ovalıqlarındakı su hövzələrində narahatedici amillərin aradan qaldırılması vacibdir.

İstinadlar

  1. 1,0 1,1 Птушенко Е.С. Род краснозобой казарки // Птицы Советского Союза. Советская наука, М., 1952, т. 14, с. 326-331;
  2. Бабаев И.Р. Материалы по численности им размещению редких птиц в Кызыл-Агачском заповеднике // Изв. АН Азерб. ССР, сер. биол. наук, 1982, № 1, с. 68-71;
  3. 3,0 3,1 Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 23-24;
  4. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 91-92;

Ədəbiyyat

  1. Виноградов В.В., Чернявская Е.И. Методы учета массовых скоплений водоплавающих и степных птиц на зимовках в Кызыл-Агачском заповеднике // Организация и методы учета птиц и вредных грызунов. М., 1963, с. 83-90;
  2. Бабаев И.Р. О современном состоянии численности некоторых видов редких водоплавающих птиц в Ленкоранской низменности // Современное состояние ресурсов водоплавающих птиц (тезисы всесоюзного семинара). Москва, 1984, с. 96-97;
  3. Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставропол., 1991, с. 143;
  4. Babayev İ.R. Хəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // ХХ əsrin sonunda heyvanlar aləminin qorunması və öyrənilməsi. Akademik M.Ə.Musayevin 80 illiyinə həsr olunmuş elmi konf. mat-rı., Bakı, “Elm”, 2001, s. 307-310;
  5. Babayev İ.R. Azərbaycanın Cənub-Şərqində su-bataqlıq quşlarının yaşayış yerlərinin müasir vəziyyəti // Görkəmli alim və ictimai xadim, akademik H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın tezisləri. “El-Alliance” şirkəti, 2002, s. 272-273;
  6. Babayev İ.R. Хəzər dənizinin Azərbaycan sahil zonasının cənub hissəsində su-bataqlıq quşları // Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-prak. konf. tezisləri. Bakı, 2003, s. 144-146;
  7. Babayev İ.R., Abbasov A.N. Qızılağac Dövlət Təbiət Qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər // Zoologiya İnstitutunun əsərləri, XXVIII cild // məqalələr toplusu. Bakı, “Elm”, 2006, s. 123-127;
  8. Babayev İ.R., Əsgərov F., Əhmədov F.T. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları. Bakı, Nurlar nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, s. 46-48;
  9. Babayev İ.R. və b. Lənkəran ovalığında su və sahil quşlarının yayılması və kəmiyyət göstəriciləri // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Biologiyada elmi nailiyyətlər” mövzusunda respublika elmi konfransının materialları (22-23 may), Bakı Universiteti nəşriyyatı, 2009, s. 372-374.
  10. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Fısıldayan qu quşu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Fısıldayan qu quşu (lat. Cygnus olor) — qu quşu cinsinə aid heyvan növü.

Status: Nadir, qışlayan və köçəri növdür. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Yaşayış yeri: Göllərin açıq sahələri, dəniz sahilləri. Təbiətdə sayı: 1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır. Yumurtanı aprelin sonu – mayın əvvəllərində qoyur, balalar 4-aylıqda uçuşa hazır olurlar. Sayının dəyişilmə səbəbləri: Münasib yaşayış yerlərinin azalması. Qorunması üçün zəruri tədbirlər: Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ