Atlantik okeanı hövzəsində və Orta Avropa da, Qafqaz da, Qərbi Sibir də, Orta Asiya da, Afrika da və Asiya da yayılmışdır.
Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir. Erkək çiçəklərin uzunluğu 5 mm, boruvari, ağ və yaşılımtıl-sarıdır. Dişi çiçəkləri iki dəfə azdır. İyunun ortalarından çiçəkləyir. Meyvəsi qırmizı rəngli, diametri 8 mm olan giləmeyvədir. Toxumlarla, vegetativ və kökümsovların bölünməsi ilə çoxaldılır.
Kserofit, işıqsevəndir. Çəmənlərdə, çöllərdə, kolluqlarda bitir. Torpaq şəraitinə tələbkardır, yüngül, qumluca və ya gillicə torpaqlara üstünlük verir. Torpağın yüksək turşuluğunu sevmir.
Qarabağda, Şirvanda, Murovdağda, Alazan-Əyriçayda, Gədəbəydə, Göygöldə, Lənkəranda meşələrdə rast gəlinir.
Qida, dekorativ əhəmiyyətlidi. Qidada cavan, sulu, ətli zoğları istifadə edilir. Qulançarın zoğlarının xoş dadı və nazik qoxusu onda xüsusi maddə - asparagenin olmasına görədir.
Azərbaycan Dendroflorası II cild-Bakı:"SƏDA",2015,388 səh. T.S.Məmmədov