dcsimg

Dərman köpəkdili ( Azerbaijani )

provided by wikipedia AZ

Dərman köpəkdili (lat. Cynoglossum officinale)[1] - köpəkdili cinsinə aid bitki növü.[2]

Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir.[3]

Yarpaq

Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur.[3]

Çiçək

Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır.[3]

Meyvə

Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür.[3]

Çiçəkləməsi[3]

May-İyun

Meyvə verməsi

İyul[3]

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ şimal, Nax.-dağ., Talış. Orta dağ qurşağına qədər.[3]

Yaşayış mühiti

Kolluqlarda, çayların çınqıllı yerlərində, alaqlı yerlərdə rast gəlinir.[3]

Təsərrüfat əhəmiyyəti

Tərkibində zəhərlialkaloid olan bitkidir. Bundan başqa tərkibində efir yağları da vardır və bal verən bitkidir.[3]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 3,8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dərman köpəkdili: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dərman köpəkdili (lat. Cynoglossum officinale) - köpəkdili cinsinə aid bitki növü.

Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ