dcsimg
Image of California Redwood
Creatures » » Plants » » Gymnosperms » » Cypress Family »

California Redwood

Sequoia sempervirens (D. Don) Endl.

Sekvoya ( Azerbaijani )

provided by wikipedia AZ

Sekvoya (lat. Sequoia) — iynəyarpaqlılar sırasının sərvkimilər fəsiləsinin sequoioideae yarımfəsiləsinə aid bitki cinsi.

Təbii yayılması

Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır. Sekvoya birevli bitkidir, mikrostrobillər və meqa-strobillər bir ağacda inkişaf edir. Sekvoya tez boy atması ilə fərqlənir. Kölgəyədavamlı, torpaq və havanın rütubətinə tələbkardır. Sekvoya istisevəndir, lakin qısamüddətli şaxtalara da davam gətirir. Yüksək dərəcədə budaq və zoğ əmələgətirmə qabiliyyətinə mali olduğundan, kəsildikdə kök və gövdə pöhrələri ilə çətirini tez bir vaxtda bərpa edə bilir. Qələmlə çoxaldılır.

Ekologiyası

Azərbaycanda yayılması

Azərbaycan da Mərkəzi Nəbatat Bağına introduksiya edilmişdir. Bakı şəhərinə yeni salınan yaşıllıqlarda rast gəlinir.

İstifadəsi

Oduncağı çürüməyə davamlıdır, mebel və kağız istehsalında geniş istifadə edilir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sekvoya: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sekvoya (lat. Sequoia) — iynəyarpaqlılar sırasının sərvkimilər fəsiləsinin sequoioideae yarımfəsiləsinə aid bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ