dcsimg

Kolvari ağəsmə ( Azerbaijani )

provided by wikipedia AZ


Təbii yayılması

Vətəni Şimali Çin və Şimali Monqoliyadır.

Botaniki təsviri

Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8-13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5-4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.

Ekologiyası

Quru və otlu yamaclarda, çəmənlərdə, qumlu yerlərdə, qayalarda bitir.

Azərbaycanda yayılması

Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Digər kol klematislərindən fərqli olaraq onun gövdələri qışda məhv olmur.Yaşıllaşdırmada istifadə oluna bilər.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  3. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  4. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  5. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  6. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  7. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ