dcsimg

Amerika avokadosu ( الأذرية )

المقدمة من wikipedia AZ

Amerika avokadosu (lat. Persea americana)[1]avokado cinsinə aid bitki növü.[2]

Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən Avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir. Son illər beynəlxalq bazarda çəyirdəksiz mini-avakado da olur. Bir meyvənin kütləsi 150 qr-119 dan 1 kq-a qədərdir. Orta ölçüsü 10-15 sm diametrində, 400 qr kütlədə olur. Sortlarından Fuerte, Hass, Fortuna, Nabal, Bacon, Tonnage, Lulla və s.

Elmi araşdırmalar beta-karotin, askorbin turşusu və alfa-tokoferol kimi antioksidantların sərbəst radikalların səbəb olduğu oksidləri zərərsizləşdirdiyini, həmçinin sərbəst radikalların xəstəlik və yaşlanma təsirini azaltdığını göstərmişdir. Eyni zamanda E və C vitaminləri də sərbəst radikalların dağıdıcı təsirini azaldır. Kök, pomidor, brokkoli, kələm, kərəviz, çiyələk, böyürtkən, itburnu, kivi, gavalı kimi bir çox meyvə və tərəvəzdə olan antioksidantlar sərbəst radikalların mənfi təsirini böyük ölçüdə azaldır. Ancaq bu qidalardakı antioksidantlar mitoxondrinin içinə girmirlər. Buna görə də sərbəst radikallar mitoxondriyə zərər verməyə davam edir, enerji hasilatını dayandırır və hüceyrənin ölməsinə səbəb olur. Bu, neft sızması zamanı sadəcə neftin yayıldığı ərazinin təmizlənib, sızıntıya səbəb olan qaynağın qarşısının alınmamasına, nəticə etibarı ilə neftin sızmağa davam edərək balıqların ölümünə səbəb olmasına bənzəyir. Ancaq aparılan təcrübələr avokado yağının mitoxondridəki sərbəst radikallara qarşı qoruyucu təsirinin olduğunu ortaya çıxarıb. Avokado yağında sərbəst radikallara qarşı dözümlülük göstərən xüsusi quruluş, eyni zamanda oksidləşmənin qarşısını alan piqmentlər var.

Avokadonun tərkibindəki vitaminlər hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduğundan yaşlılığın gecikməsi üçün istifadə olunur, dərini qidalandırır və qoruyur. Qeyd etdiyimiz kimi, qidalar bədənimizdə enerjiyə çevrilən zaman oksidant adlanan bəzi maddələr ortaya çıxır. Avokado yağı tərkibindəki çoxsaylı antioksidantlar sayəsində zərərli maddələrin mənfi təsirinin qarşısını alır, hüceyrələri yeniləyir, toxuma və orqanların yaşlanmasını gecikdirir. Bu yağ bədənimizdəki hüceyrələrə zərər verən və onları yaşlandıran sərbəst radikalları tərkibindəki zəngin E vitamini ilə zərərsizləşdirir.

Qida dəyəri

Enerji 670 kJ (160 kcal)

Karbohidrat 8,53 q

Qlükoza 0,66 q

Lif 6,7 q

Yağ 14,66 q

Doymuş yağ 2,13 q

Təkli doymamış yağ 9,80 q

Çoxlu doymamış yağ 1,82 q

Zülal 2 q

Tiamin (vit. B1) 0,067 mq (5%)

Riboflavin (vit. B2) 0,130 mq (9%)

Niasin (Vit. B3) 1,738 mq (12%)

Pantoten turşusu (vit. B5) 1,389 mq (28%)

B6 vitamini 0,257 mq (20%)

Fol turşusu (vit. B9) 81 mq (20%)

C vitamini 10 mq (17 %)

Kalsium 12 mq (1%)

Dəmir 0,55 mq (4%)

Maqnezium 29 mq (8%)

Fosfor 52 mq (7%)

Kalium 485 mq (10%)

Sink 0,64 mq (6%)

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Xarici keçidlər

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Amerika avokadosu: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Amerika avokadosu (lat. Persea americana) – avokado cinsinə aid bitki növü.

Persea floccosa ( الأذرية )

المقدمة من wikipedia AZ

Persea floccosa (lat. Persea floccosa) - dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü.

Mənbə

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Persea floccosa: Brief Summary ( الأذرية )