dcsimg

İynəbalığkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

İynəbalığkimilər (lat. Syngnathidae)— uzunsov bədəni yoğun iynə şəklindədir. Xarici skeleti vardır. Bədəni sümük həlqələrlə örtülüdür. Kiçik uzunsovşəkilli balıqlardır. Rostrumu uzunsov boru şəklindədir. Ağzı kiçik və dişsizdir. Bel üzgəci bir ədəd olub tikansızdır. Quyruğu uzundur, quyruq üzgəci kiçik və ya formalaşmamışdır. Dənizlərdə və okeanlarda yaşayan bir çox cinsləri və növləri vardır. Qarın üzgəcləri yoxdur. Azərbaycanda bir cins yaşayır. Dəniz iynəbalıqları cinsinin bel, anus və döş üzgəcləri vardır. Bel üzgəci anus dəliyi üstündə və ya azca qabaqda başlayır. Quyruq və anus üzgəcləri çox kiçikdir. Bədəni uzunsov və çox nazikdir, en kəsiyi altıbucaq və ya yeddibucaq şəklindədəir. Döş qurşağının, hər iki yarısı sümük lövhəciyi ilə hərəkətsiz birləşmişdir, bəzilərində isə bu hissələr birləşmir və aşağıdan hərəkətli olur. Yumurta hüceyrəsi quyruq hissəsində yerləşir, hüceyrələrin üzəri örtük-lövhəciklərlə mühafizə olunmuşdur. Bütün dənizlərdə yaşayan 50-yə qədər növü vardır. Bunlardan Qara dəniz hövzəsində 5, Xəzərdə isə 1 yarım növ yaşayır.[1]

İstinadlar

  1. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 331.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 131.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 188.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 331.

Həmçinin bax

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İynəbalığkimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

İynəbalığkimilər (lat. Syngnathidae)— uzunsov bədəni yoğun iynə şəklindədir. Xarici skeleti vardır. Bədəni sümük həlqələrlə örtülüdür. Kiçik uzunsovşəkilli balıqlardır. Rostrumu uzunsov boru şəklindədir. Ağzı kiçik və dişsizdir. Bel üzgəci bir ədəd olub tikansızdır. Quyruğu uzundur, quyruq üzgəci kiçik və ya formalaşmamışdır. Dənizlərdə və okeanlarda yaşayan bir çox cinsləri və növləri vardır. Qarın üzgəcləri yoxdur. Azərbaycanda bir cins yaşayır. Dəniz iynəbalıqları cinsinin bel, anus və döş üzgəcləri vardır. Bel üzgəci anus dəliyi üstündə və ya azca qabaqda başlayır. Quyruq və anus üzgəcləri çox kiçikdir. Bədəni uzunsov və çox nazikdir, en kəsiyi altıbucaq və ya yeddibucaq şəklindədəir. Döş qurşağının, hər iki yarısı sümük lövhəciyi ilə hərəkətsiz birləşmişdir, bəzilərində isə bu hissələr birləşmir və aşağıdan hərəkətli olur. Yumurta hüceyrəsi quyruq hissəsində yerləşir, hüceyrələrin üzəri örtük-lövhəciklərlə mühafizə olunmuşdur. Bütün dənizlərdə yaşayan 50-yə qədər növü vardır. Bunlardan Qara dəniz hövzəsində 5, Xəzərdə isə 1 yarım növ yaşayır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ