dcsimg

Tarakankimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Tarakankimilər (lat. Blattodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

Ümumi məlumat

Tarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir. Ön qanadlar az və ya çox dərəcədə möhkəmdir, adətən qanadüstlüyünə çevrilmişdir. Bəzən də qanadüstlüyü qısalmış olur, ya da heç olmur. Ayaqları uzundur, yüyürücüdür və pəncələri 5 buğumdan ibarətdir. Odur ki, bu dəstəyə yüyürücülər də deyirlər. Qarın hissəsi uzunsovdur, qurtaracağında, adətən serqi, erkəklərdə qrifel vardır.[1]

Təsnifatı

  • Blaberoidea
    • Blaberidae
    • Ectobiidae
  • Blattoidea
    • Blattidae
    • Cryptocercidae
    • Lamproblattidae
  • Corydioidea
    • Corydiidae
    • Nocticolidae

Xarakterik nümayəndəsi

Qara tarakan (Blatta orientalis L.)

İstinad

  1. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.448-449.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Tarakankimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Tarakankimilər (lat. Blattodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ