Mantofazmidlər ( Azerbaijani )

provided by wikipedia AZ

Mantophasmatodeaa (lat. Mantophasmatodea) - polineopteralar (lat. Polyneoptera) dəstə üstünə aid heyvan dəstəsi.

Ümumi məlumat

Mantofazmidlər – 2002-ci ildə kəşf edilmiş Afrika mənşəli yırtıcı həşəratlardır. Əvvəllər yeni dəstə kimi qeyd edilmiş, lakin 2006-cı ildə mitoxondrial DNT-nin araşdırılması nəticəsində oxşarlıqlarına əsasən yüyrəksisəklərlə birgə Notoptera dəstəsində birləşdirilmişlər[1]. Yarımdəstənin hətta yetkin nümayəndələrinin qanadlardan məhrum olması onların təyinini xeyli çətinləşdirir. Mantofazmidlər dəvədəlləyi və çöpcüyün hibridini xatırladır. İlk nümunələr Namibiyada (Mantophasma zephyrum) və Tanzaniyada (M. subsolanum) tapılmış qədim muzey eksponatlarına, yaşı 45 mln. il hesablanan Baltika kəhrəbasının içərisinə gömülmüş inklüzlara (Raptophasma kerneggeri) görə təyin edilmişdir. “Qladiatorların” canlı nüsxələri 2002-ci ildə Namibiyada beynəlxalq ekspedisiya zamanı tapılmışdır. Tyrannophasma gladiator Brandberq düzənliyində, Mantophasma zephyrum isə Eronqo dağında əldə edilmişdir[2]. Mantofazmidlərə mövsümi yağışların yağdığı quru yaşayış yerlərində rast gəlinir. Onlar adətən ot topalarının və kolluq bitkiliyinin içərisində məskunlaşırlar. Növlərin əksəriyyəti gecə həyat tərzi keçirir. Namibiya növlərinin bəziləri gündüzlər daha fəal olur. Bəzi növlər qaya süxurlarının çatlarında gizlənirlər.

Təsnifatı

  • Austrophasmatidae
  • Mantophasmatidae
  • Tanzaniophasmatidae

İstinad

  1. Cameron, S. L., Barker, S.C. et Whiting, M. F. (2006). Mitochondrial genomics and the new insect order Mantophasmatodea. Molecular Phylogenetics and Evolution 38: 274–279.
  2. Zompro, O., Adis, J., Bragg, P.E., Naskrecki, P., Meakin, K., Wittneben, M. & Saxe, V. (2003) A new genus and species of Mantophasmatidae (Insecta: Mantophasmatodea) from the Brandberg Massif, Namibia, with notes on behaviour. Cimbebasia, 19: 13-24.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Mantofazmidlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Mantophasmatodeaa (lat. Mantophasmatodea) - polineopteralar (lat. Polyneoptera) dəstə üstünə aid heyvan dəstəsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ