dcsimg

Göyərçinkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Göyərçinkimilər (Columbiformes Latham, 1790) — yenidamaqlılar dəstəüstünə aid quşlar dəstəsi. Göyərçinkimilər dənyeyən quşlar olduğu üçün çinədanı yaxşı inkişaf etmişdir.Qanadı uzun, döş əzələrəri güclü, uçuşu sürətlidir, yem tapmaq üçün yuvasından çox uzağa uça bilir, yerdə rahat gəzib yemlənir.Göyərçinlərin ən irisi alabaxta, kiçiyi qumrudur.Bu quşların çox növü meşədə, bağda və parkda ağaclarda, qumlu sahələrdə, damda, çöl göyərçini isə qayalarda və müxtəlif tikililərdə sadə yuva tikir.Onların hər yuvasında 2 ədəd ağ yumurta olur.Yuvası o qədər sadədir ki, ağacın altında dayanıb yuvaya baxanda onun içərisində yumurtalar görünür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ