dcsimg

Fil xortumçiçәyi ( Azerbaijani )

provided by wikipedia AZ

Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü.

Təbii yayılması

Botaniki təsviri

Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir.[1] Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir.

Ekologiyası

Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.

Azərbaycanda yayılması

Quba rayonunda, Lənkəran dağlarında, Lənkəran ovalığında rast gəlinir. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır.

İstifadəsi

İstinadlar

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı. Bakı: 2016

Ədəbiyyat

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Fil xortumçiçәyi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Rhynchocorys elephas ( Vietnamese )

provided by wikipedia VI

Rhynchocorys elephas là loài thực vật có hoa thuộc họ Cỏ chổi. Loài này được (L.) Griseb. miêu tả khoa học đầu tiên năm 1844.[1]

Tham khảo

  1. ^ The Plant List (2010). Rhynchocorys elephas. Truy cập ngày 21 tháng 6 năm 2013.

Liên kết ngoài


Bài viết về Họ Cỏ chổi này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Rhynchocorys elephas: Brief Summary ( Vietnamese )

provided by wikipedia VI

Rhynchocorys elephas là loài thực vật có hoa thuộc họ Cỏ chổi. Loài này được (L.) Griseb. miêu tả khoa học đầu tiên năm 1844.

license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI