dcsimg

Qriloblattidlər ( Azerbaijani )

provided by wikipedia AZ


Qriloblattidlər (lat. Grylloblattodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

Ümumi məlumat

İlk dəfə olaraq 1914-cü ildə Qərbi Kanadada tapılmışdır. Tapılandan sonra da bu həşəratın təsnifat yeri entomoloqlar arasında böyük maraq doğurmuşdur. Beləki, onlar bəzi əlamətlərinə görə düzqanadlılar dəstəsindən sisəklərə, bəzi əlamətlərinə görə də tarakankimilərə oxşayırlar. Ayaqlarının quruluşuna, buğumlu serqisinə və s. əlamətlərinə görə tarakankimilərə yaxın olduğu halda, yumurtaqoyanına, başının quruluşuna və s. əlamətlərinə görə də sisəklərə yaxındırlar. Odur ki, bunların hər ikisinin adına uyğun olaraq Grylloblatta adı verilərək bir dəstə kimi qəbul edilmişdir[1].

Təsnifatı

  • Grylloblattidae
    • Galloisiana
    • Grylloblatta
    • Grylloblattina
    • Namkungia

İstinadlar

  1. Ağayev B.İ. Ümumi entomologiya. Bakı: ADPU nəşriyyatı, 2004, (303 s.) səh. 130-131.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qriloblattidlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Qriloblattidlər (lat. Grylloblattodea) polineopteralar (lat. Polyneoptera) dəstəüstünə aid heyvan dəstəsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ