dcsimg

Naxakimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Naxakimilər (lat. Siluriformes) — şüaüzgəclilər (Actinopterygii) dəstəsinə aid balıq növü. Çəkikimilərə qohum olan sümüklü balıqlardır. Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərində təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır. Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil. Naxalar zəif üzür. Ona görə də qidanın tutulmasında lamisə orqanı olan bığcıqların rolu böyükdür. Boylarına nisbətə məhsuldarlıq azdır ki, bu həm də kürü dənələrinin iriliyi ilə əlaqədardır. Bunların arasında nəsil qayğısına qalanlar da var. Bu balıqlar əksəriyyəti yırtıcı və ya bentos yeyəndir. Naxalar mühüm vətəgə balıqlarıdır. 300 fəsiləni və 1200 növü birləşdirən böyük dəstədir. Xəzər Hövzəsində naxakimilər fəsiləsi ilə təmsil olunmuşdur.[1]

İstinadlar

  1. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 259

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 126.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 183.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 259.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Naxakimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Naxakimilər (lat. Siluriformes) — şüaüzgəclilər (Actinopterygii) dəstəsinə aid balıq növü. Çəkikimilərə qohum olan sümüklü balıqlardır. Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərində təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır. Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil. Naxalar zəif üzür. Ona görə də qidanın tutulmasında lamisə orqanı olan bığcıqların rolu böyükdür. Boylarına nisbətə məhsuldarlıq azdır ki, bu həm də kürü dənələrinin iriliyi ilə əlaqədardır. Bunların arasında nəsil qayğısına qalanlar da var. Bu balıqlar əksəriyyəti yırtıcı və ya bentos yeyəndir. Naxalar mühüm vətəgə balıqlarıdır. 300 fəsiləni və 1200 növü birləşdirən böyük dəstədir. Xəzər Hövzəsində naxakimilər fəsiləsi ilə təmsil olunmuşdur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ