dcsimg

Tamkənarlı zirinc ( Azerbaijani )

provided by wikipedia AZ

Tamkənarlı zirinc (lat. Berberis integerrima) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda və Türkiyədə yayılıb.

Botaniki təsviri

Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5–6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir. Meyvəsi sentyabr ayında yetişir.

Ekologiyası

Quru iqlimdə,yuyulmuş kasıb torpaqlarda bitir. Torpaq eroziyasına qarşı mübarizədə çox əhəmiyyətli bitkidir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda, Abşeronda, Naxçıvan MR-nın dağlıq hissələrində və Talış dağlarında yayılmışdır.

İstifadəsi

Yaşıllaşdırmada istifadə edilir. Giləmeyvələrindən mürəbbə, jele, şirələr, siroplar (şərbətlər) hazırlanır və turş ədviyyat kimi istifadə edilir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Tamkənarlı zirinc: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Tamkənarlı zirinc (lat. Berberis integerrima) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Uzunsov zirinc ( Azerbaijani )

provided by wikipedia AZ

Uzunsov zirinc (lat. Berberis oblonga) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir. Yumurtalığı uzunsov, 1-3 yumurtacıqlıdır. Giləmeyvələri qara, göyümtül çalarlı, uzunsov-ellipsvari, uzunluğu 1 sm-dək, eni 6 mm-dən çox deyil. Toxumu əsasən birdir.

Ekologiyası

Meşə-çöl zolağında quru, cənub yamaclarında və subalp zolağında günəşli, yarımkölgəli ərazilərdə bitir. Torpağa tələbkar olmayıb çayətrafı ərazilərdə yayılmışdır.

Azərbaycanda yayılması

Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.

İstifadəsi

Tək və qrup əkinlərində, canlı bordürlərin salınmasında istifadəsi məqsədyönlüdür.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Uzunsov zirinc: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Uzunsov zirinc (lat. Berberis oblonga) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ