dcsimg

Leptomiksidlər ( Azerbaijani )

provided by wikipedia AZ


Leptomiksidlə (lat. Leptomyxida ) — ibtidailərin tubulinea sinfinə daxil olan dəstədir.

Ümumi xarakterik əlamətləri

Bu orqanizmlər Gymnoamoebia yarımsinfi ilə plazmodiyalı selikli göbələklər arasında keçid halqası kimi görünür. Trofik mərhələdə bunlar çoxnüvəli plazmodiyalar olub, dartılaraq şaxələnir, çoxlu miqdarda anastomazları olan, uzunluğu 3 m və daha artıq olan nazik sapa çevrilir. İkiüzlü çoxnüvəli sistalar əmələ gətirir. Leptomyxida dəstəsinə Leptomyxa və Gephyramoeba cinsləri daxildir. Bu sonuncunun nümayəndələri Azərbaycanda qeyd alınmışdır.[1]

Yayılması

Azərbaycanda subtropik bitkilər altındakı sarı torpaqlarda bir forması tapılmışdır [2], ancaq hələ növü müəyyənləşdirilməmişdir.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  2. İbadov, 1981

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Leptomiksidlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Leptomiksidlə (lat. Leptomyxida ) — ibtidailərin tubulinea sinfinə daxil olan dəstədir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ