Mərcimək (cins) ( Azerbaijani )

provided by wikipedia AZ

Mərcimək (lat. Lens)[1] - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi.[2]

Ümumi məlumat

Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir.

Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir.

Növləri

Dərman bitkisi kimi

Mərcimək həm də dərman təsirli bir bitkidir. Xüsusən də menopoz simptonlarını yüngülləşdirir. Xərçəng xəstəliyinə qarşı qoruyucu təsir göstərir. Kalium səviyyəsi çox yüksəkdir. Bu özəlliyi təzyiqi aşağı salır və nizamlayır.

Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir.

Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi işlədilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də elmə məlum olmuşdur.[3]

Qida məhsulu kimi

Mərcimək lap qədimdən insanın qida rasionuna daxildir. Qədim Misirdə fironların, Qədim Yunanıstanda və Babilistanda imperatorların və sadə camaatın sevimli yeməklərindən biri də mərcimək idi. Orta əsrlərdə Rusiyada isə mərcimək əsas qida növü idi. Hətta mərci unundan çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida elementidir. Türkiyədə isə lap qədim zamanlardan milli xörəklərin əsas komponenti olmuşdur.[4]

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Mərciməyin orqanizmə xeyirləri
  4. Arıqladan möcüzəvi yaşıl mərcimək


Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Mərcimək (cins): Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ